Adanada İsrail bayrağını yandırıldı
Bizi izləyin

Dünya

Adanada İsrail bayrağını yandırıldı

İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayının getdikcə artması etiraz dalğalarını artırır.

ANS PRESS-in məlumatına görə, Adananın Mərkəz Seyhan rayonunun "5 Ocak meydanı"nda toplaşan "Kalem" vəqfi üzvləri təravih namazından sonra İsrailin əleyhinə etiraz şüarları səsləndiriblər.

Əllərində Fələstin bayraqları və plakatlar olan qrup İnönü parkı istiqamtində yürüş keçiriblər. israil əleyhinə şüarlar səsləndirən qrup üzvləri parka çatdıqda İsrail bayrağını yandırıblar.

Etirazçıların adından mətbuata çıxış edən Muhamməd Çələbi adlı şəxs göstərilməli ən yaxşı mübarizənin İsrail mallarını boykot etmək olduğunu bildirib.

Qeyd edək ki, Qəzzada son iki həftədə keçirilən əməliyyatlar zamanı 500-dən çox fələstinli öldüyü, 3100-dən çoxunun isə yaralandığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm