
Hollandiyadan olan üç məhkəmə-tibb eksperti Torezə gələrək Malayziya "Boeing" in qəzasında ölənlərin cəsədlərinin araşdırılması və təsbiti işlərinə start veriblər.
ANS PRESS-in məlumatına görə, artıq ekspertlər soyuducu
vaqonlara yerləşdirilimiş 196 cəsədi nəzərdən keçiriblər.
Qeyd edək ki, qondarma Donetsk Xalq Respublikasından bildiriblər
ki, yalnız beynəlxalq ekspertlərin baxışından sonra onlar cəsədləri
Xarkova verəcəklər.
Xatırladaq ki, 17 iyul tarixində Amsterdam-Kuala-Lumpur reysi ilə
hərəkət edən sərnişin təyyarəsi Donetsk ərazisində qəzaya
uğrayıb.
Təyyarənin göyərtəsində olan 298 sərnişinin hamısı həlak olub.
İlkin ehtimallara görə təyyarə raketlə vurulub.