Dünya
Yəhudilərin müqəddəs ocağı yandırıldı
Fransanın paytaxtı Parisdə antiisrail nümayişçilər yəhudilərin dini ibadət ocağı olan sinaqoqlardan birini yandırıb. ANS PRESS-in məlumatına görə, nümayişçilər şəhərin ən böyük sinaqoqunu isə mühasirəyə alıb.
“Yəhudilərin müdafiəsi liqası”nın 200 üzvü mühasirəyə alınmış sinaqoqu mühafizə edir. Hadisə yerinə xeyli sayda polis cəlb olunub. Polis “Ruj” küçəsindəki bütün mağazaların bağlanmasını tələb edib. Polislə nümayişçilər arasında toqquşmalar olub.
Qeyd edək ki, ötən həftədən Parisdə İsrailin Qəzzada keçirdiyi əməliyyatlara qarşı genişmiqyaslı aksiyalar keçirilir. Nümayişçilər hərbi əməliyyatların dayandırılmasını tələb edir. Aksiyaçılar mağazaların şüşələrini sındırıb, avtomobilləri, telefon köşklərini yandırıb. Toqquşmalar zamanı 14 polis yaralanıb, 38 nümayişçi isə saxlanılıb.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...