Obama Konqresi hədələdi: “Əgər bunu etsəniz...”
Bizi izləyin

Dünya

Obama Konqresi hədələdi: “Əgər bunu etsəniz...”

ABŞ prezidenti Barak Obama Konqresdə İrana qarşı əlavə sanksiyarın qəbul ediləcəyi halda, qərara veto qoyacağını bildirib. O, həmçinin ABŞ əsgərlərinin “sonu bəlli olmayan qarşıdurmalarda palçığa batmasına icazə verməyəcəyini” söyləyib.

ABŞ prezidenti Barak Obama Konqresdə İrana qarşı əlavə sanksiyarın qəbul ediləcəyi halda, qərara veto qoyacağını bildirib. O, həmçinin ABŞ əsgərlərinin “sonu bəlli olmayan qarşıdurmalarda palçığa batmasına icazə verməyəcəyini” söyləyib.

Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, B.Obama ABŞ prezidentlərinin Konqresə etdiyi ənənəvi illik müraciətində İranla müzakirələrə də toxunub.İranın nüvə proqramının həllində diplomatiyaya şans verilməsinin lazım olduğunu ifadə edən B.Obama Konqres tərəfindən İrana qarşı qəbul olunacaq yeni sanksiyalara dərhal veto qoyacağını deyib. O, sonu görünməyən münaqişələrə ABŞ əsgərlərini göndərməyəcəyini də qəti şəkildə ifadə edib.

“Tətikdə olmaq məcburiyyətindəyik. Amerikan xalqını qorumaq üçün lazım olanda gücdən istifadə etdim və vəzifədə olduğum müddətdə bunu etməkdən çəkinməyəcəyəm. Amma lazım olmadığı halda əsgərlərimizi zərər görəcəkləri bir yola göndərməyəcəyəm və onların sonu görünməyən münaqişələrə göndərilərək palçığa batmasına icazə verməyəcəyəm. Biz döyüşülməsi lazım olan müharibələrdə döyüşəcəyik”, - ABŞ dövət başçısı vurğulayıb.

İranın zənginləşdirilmiş uran anbarını məhv etməyə başladığını deyən B.Obama qeyd edib ki, nüvə obyektlərində aparılan yoxlamalar İranın nüvə silahı istehsal etmədiyini təsdiqləməyə kömək edir:“Bu müzakirələr çətin olacaq. Uğurlu olmaya bilər. İranın müttəfiqlərimizi təhdid edən “Hizbullah” kimi terrorçu təşkilatlara dəstəyinin fərqindəyik. Ölkələrimiz arasındakı etibarsızlığın fərqindəyik. Ancaq uzunmüddətli razılaşmaya nail olmaq və təsdiqlənən məlumatlara itinad etmək məcburiyyətindəyik. Əgər Con Kennedi və Ronald Reyqan SSRİ ilə müzakirələr apara bildisə, daha güclü və özünə əmin olan Amerika daha az güclü bir rəqiblə müzakirələr apara bilər. Ölkəmizin milli təhlükəsizliyi üçün diplomatiyaya şans vermək məcburiyyətindəyik. Əgər İran bu fürsəti qiymətləndirməzsə, daha çox sanksiya çağırışını edən ilk mən olacağam”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm