Dünya
Ərdoğan: Türkiyə birbaşa prezident idarəçiliyinə keçməlidir
Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçməlidir, Trend-in məlumatına görə, bu barədə ölkənni Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin ATV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, birbaşa prezident idarəetməsi Türkiyənin gələcək inkişafının xeyrinə ola bilər.
Baş nazir bildirib: "İlk fürsət düşən kimi Türkiyə parlament idarəetməsindən birbaşa prezident idarəetməsinə keçəcək".
Ərdoğan qeyd edib ki, birbaşa prezident idarəetməsinin tətbiqi haqqında məsələ prezident seçkilərinin keçirilməsindən dərhal sonra qaldırılacaq.
Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.
2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı