Obamadan Putinə sərt xəbərdarlıq: “Onlara görə sən məsuliyyət daşıyırsan”
Bizi izləyin

Dünya

Obamadan Putinə sərt xəbərdarlıq: “Onlara görə sən məsuliyyət daşıyırsan”

“Putin Rusiya Federasiyasının vətəndaşı olan separatçılar üçün məsuliyyət daşıyır”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxışı zamanı Ukrayna səmasında vurulan Malayziya təyyarəsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, təyyarə separatçıların idarəçiliyində olan ərazidən vurulub: “Artıq 4 gün keçib və hazırda bütün səylər həlak olanların tapılması istiqamətində davam edir. Biz əmin olmalıyıq ki, həqiqət ortaya çıxacaq və günahkarlar cəzasını alacaq. Mən beynəlxalq müstəntiqlərdən ibarət ekspertlər qrupunu hadisə yerinə göndərmişəm, digər ölkələrdən də ekspertlər gəlib. Onlara qəza yerinə maneəsiz giriş lazımdır. Ukrayna prezidenti qəza yerinin təhlükəsizliyini təmin etmək istiqamətində addımlar atdı, amma təəssüf ki, Rusiyanın dəstəklədiyi separatçılar araşdırmanı bloklamağa çalışır. Sual yaranır, onlar nəyi gizlətməyə çalışır?”
ABŞ prezidenti qeyd edib ki, Rusiya separatçıların üzərində təsirə malikdir.

“Rusiya onlara ilham verdi, öyrətdi və silahlandırdı. Həmçinin onlara hava hücumundan müdafiə vasitələri verib. Separatçıların lideri Rusiya vətəndaşıdır. Rusiya və xüsusilə prezident Putin onlara görə məsuliyyət daşıyır”, -deyə Obama bildirib.

Ağ Ev rəhbəri Putini Ukraynanın suverenliyinə müdaxiləni dayandırmağa da çağırıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm