Vanqa: “Rusiyanı heç kim dayandıra bilməyəcək” - Şok öngörü - Video
Bizi izləyin

Dünya

Vanqa: “Rusiyanı heç kim dayandıra bilməyəcək” - Şok öngörü - Video

Uzun illərdir öncəgörmələri öz təsdiqini tapan Vanqanın proqnozları yenidən gündəmə gəlib.

Rusiya KİV dünya şöhrətli bolqar ekstrasensin aşağıdakı proqnozlarının Rusiya və Ukrayna ilə bağlı olduğunu yazır.

"Siz tez-tez elə insanlarla rastlaşacaqsız ki, onların gözləri var - görmürlər, qulaqları var - eşitmirlər. Qardaş qardaşa qarşı çıxacaq, analar uşaqlarını atacaq. Hər kəs öz xilası üçün yollar axtaracaq..."

Jurnalistlərin fikrincə, bu sözlər Ukraynadakı kəskin vəziyyətdən xəbər verir. "Görməyən gözlər və eşitməyən qulaqlar" isə Qərbin baş verənlərə reaksiyasıdır.

Vanqanın bu sözləri isə bütövlükdə 2014-cü ildə Ukraynada baş verənlərə aid edilir: "Birləşdirilənlər hissələrə parçalanacaq. Bu, Rusiyanın yanında baş verəcək".

Görücünün bu proqnozları 2014-cü ildə Rusiyadakı vəziyyəti, daha dəqiq, Krımın Rusiyaya birləşdirilməsindən sonra yaranmış vəziyyəti izah edir: "Hər şey buz kimi əriyəcək, yalnız Vladimirin şöhrəti, Rusiyanın şöhrəti qalacaq. Həddindən çox qurban veriləcək. Heç kim Rusiyanı dayandıra bilməyəcək, o, öz yolundan dönməyəcək".

Xatırladaq ki, Axar.az bu məlumatı 14 mart 2014 tarixində yayımlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm