Dünya
Londonda Qəzza ilə bağlı aksiya
İsrailin Qəzzada apardığı əməliyyat
Avropada da etirazlara səbəb olub. Britaniya parlamentinin
diqqətini fələstinlilərin vəziyyətinə cəlb etmək üçün Londonda
mindən çox adam bir araya gəlib.
ANS TV-nin London bürosunun məlumatına görə,
Qəzzada baş verən hadisələrə etiraz olaraq Londonda aksiya
keçirildi. Fələstinə həmrəylik təşkilatının üzvləri “Downing
street”dən başlamış İsrail səfirliyinə qədər yürüş
etdilər.
Etirazçıların əsas məqsədi parlamentin diqqətini
Qəzzada ölən insanlara yönəltmək idi. Onlar “Fələstinə azadlıq”
şüarları səsləndirirdilər.
Fələstin həmrəylik təşkilatının sədri İmran
Kaşifinin sözlərinə görə, niyə bizim liderlərimiz, yəni Britaniya
hökuməti Fələstinə müraciət etmir?
“Niyə Fələstində yüzlərlə insan əziyyət çəkir və
Britaniya bununla bağlı heç nə etmir? Biz ədalət tələb edirik. Ona
görə biz buradayıq. Biz Fələstində ölən minlərlə günahsız insan
üçün ədalət istəyirik", - deyə İmran Kaşifi
bildirib.
Qeyd edək ki, polis təhlükəsizliklə bağlı
aksiyanın keçirildiyi yerlərdə bütün yolları bağlamışdı.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?