İhsanoğlu: “Onları dəfələrlə zorlayıb filmə çəkirlər”
Bizi izləyin

Dünya

İhsanoğlu: “Onları dəfələrlə zorlayıb filmə çəkirlər”

Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkisinin namizədlərindən biri olan Ekmeleddin İhsanoğlu sensaion açıqlamalarla çıxış edib.

ANS PRESS-in xəbərinə görə, İzmirdə seçicilərlə görüşən İhsanoğlu İraqda türkmən qızlarının başına açılan oyunlardan danışıb. Ərdoğan hökumətinin ancaq Qəzza barədə düşündüyünü deyən İhsanoğlu rəqibini iraqlı türkmənləri yada salmamaqda ittiham edib.

“Bir tərəfdən Qəzzadakı qardaşlarımızla həmrəylik içində ikən, İraq türkmənlərinin məruz qaldığı qətliamlar, qızların məruz qaldığı zorlamalar unudulur. Sırf fələstinlimi olmaq lazımdır? Allah üçün bir az da türklərlə həmrəylik içində olaq. Dünən türkmən liderlər mənə elə şeylər danışdılar ki... 13-14 yaşlı qızları dəfələrlə zorlayır, filmə çəkir, sonra da elektrik dirəyindən asıb öldürürlər. Belə bir vəhşilik. 50 000 nəfər susuz və qidasızdır. Onlar üçün heç kim, heç nə eləmir. Ancaq Qəzzadan danışılır. Amma Qəzza üçün də heç nə edilmir. Deyəsən axırda dava edəcəyik. Amma biz dava yox, vətənimizdə əmin-amanlıq istəyirik. Yurdda sülh, cahanda sülh istəyirik”. (Yurdda sülh, cahanda sülh – Atatürkün məşhur aforizmlərindəndir)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm