• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tiflis-Moskva əlaqələri üçün imza toplandı

  • Dünya
  • 23 İyul 2014 03:50
  • 316 Baxış
Tiflis-Moskva əlaqələri üçün imza toplandı

Gürcüstanda fəaliyyət göstərən "Avrasiya seçimi - Gürcüstan" qeyri-hökumət təşkilatı Rusiya ilə əlaqələrin qurulması üçün 30 min nəfərin imzasını toplayıb.

Axar.az-ın Gürcüstan mediasına istinadən xəbərinə görə, təşkilat rəhbəri Arçil Çkoidze keçirdiyi brifinqdə toplanan imzaları növbəti həftə ölkə parlamentinə təqdim edəcəklərini dilə gətirib. Onun sözlərinə görə, parlament şəxslərin hüquqlarını qorumaq üçün məsələni səsverməyə qoymalıdır.

Tiflis küçələrinin birində geniş aksiya da keçirilib. Onlar hətta simvolik şəkildə Rusiya və Gürcüstan bayraqlarını birgə dalğalandırıblar.

Xatırladaq ki, bütün bu təşəbbüslərə baxmayaraq, Gürcüstan hökuməti rəsmi Moskava ilə əlaqələrin qurulmasını yaxın perspektiv saymır. Səbəb ölkə ərazisinin bir hissəsinin hələ də separatçıların əlində olmasıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR