İsraildən açıqlama: Həması 1800 hədəfdən vurduq
Bizi izləyin

Dünya

İsraildən açıqlama: Həması 1800 hədəfdən vurduq

srail ordusundan verilən xəbərə görə, Qəzzaya quru hərəkatının başlamasından sonra qarşı tərəfdən İsrailə 2 min 160 raket atılıb. ANS PRESS-in məlumatına görə, bunlardan 1700 raketin havada vurulduğu bildirilir. Bu gün isə İsrailə 87 raket atılıb və bunlardan 67-si raketdən müdafiə sistemini aşaraq İsrailə çatıb.

Xəbərdə əməliyyatın başlanğıcından indiyə qədər, Həmasa aid 1800 hədəfin vurulduğu ifadə edilir. Gün içində isə Həmasa aid 260 mərkəzin hədəfə götürüldüyü, hədəflər arasında hərbi bazalar, gizlədilmiş raket nöqtələri və silah istehsalat mərkəzləri olduğu qeyd olunur.

Bundan əlavə İsrail ordusunun indiyə qədər təxminən 30 hücum tunelini aşkar edildiyi də bildirilir.

Həmas öz növbəsində verdiyi xəbərdə Qəzzadan İsrailin müxtəlif bölgələrinə 38 raketin atıldığını deyir.

Qeyd edək ki, "Qoruyucu xətt" adı altında 7 İyulda Qəzzanı havadan vurmağa başlayan İsrail ordusu, 17 İyul Cümə axşamı qurudan hücuma keçib.

Hücumların başladığı gündən bu yana Qəzzada 635 adam həyatını itirib, 4 min nəfər yaralanıb.

Ölənlərdən 162-nin uşaq, 78-nin isə qadın olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm