Qəssam İsrail qırıcısını vurdu
Bizi izləyin

Dünya

Qəssam İsrail qırıcısını vurdu

İsrail ilə Fələstin arasında gərginlik davam edir.

ANS PRESS-in məlumatına görə, iki həftədən artıqdır, davam edən İsrail-Fələstin qarşıdurması çox sayda itkilərə yol açıb.

Hər iki tərəfin etdiyi hücumlarda nəinki hərbiçilər, günahsız insanlar da ölkələrinin maraqlarına qurban gediblər.

Ötən gün də Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası silahlıları İsrailə müqavimət göstərməkdə davam edib. Onlar axşam saatlarında rəsmi saytlarından verdikləri açıqlamada israilə məxsus "F16" hərbi qırıcısını vurduqlarını bildiriblər.

Onu da qeyd edək ki, Həmas-ın mətbuat katibi Sami Əbu Zuhri yəhudilərin müqavimətinin Fələstin xalqını qorxutmadığını bildirib və Netanyahunu dərhal ordusunu Qəzzadan geri çəkilməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm