İŞİD İsrailə kömək edəcək
Bizi izləyin

Dünya

İŞİD İsrailə kömək edəcək

Son bir neçə ayda Suriya və İraqda törətdikləri vəhşiliklərlə dünyaya səs salan İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması silahlıları haqqında yeni iddia yayılıb.

ANS PRESS-in məlumatına görə, İŞİD-in sosial şəbəkədən istifadə edən bir neçə üzvü hesablarında yayımladığı görüntülərdə əllərindəki silahların üzərində "İŞİD-in Qəzza mücahidləri" və "gəlirik, ey yəhudilər" sözləri yer alıb.

İŞİD "Qəzzalı mücahidlər" olaraq adlandırdığı qrup "Şeyx Əbu Nur Maqdisi briqadası" adı altında Suriyada hərbi təlim düşərgələrində Qəzzaya girmək üçün hazırlaşdırılır.

Qeyd edək ki, İŞİD qəzzalı döyüşçü qrupun adının Əbu Nur Maqdisi olduğunu vurğulayaraq, onun 2009-cu ildə Həmas tərəfindən öldürüldüyü üçün qisasının alınacağı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm