• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

HƏMAS-dan İsrailə ağır zərbə

  • Dünya
  • 23 İyul 2014 11:17
  • 615 Baxış
HƏMAS-dan İsrailə ağır zərbə

HƏMAS-ın hərbi qanadı olan “İzəddin əl- Kassam” briqadası Qəzza səmasında İsrailə məxsus “F-16” hərbi təyyarəsini vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “İzəddin əl- Kassam” briqadasının özü yazılı açıqlamasında bildirib.

Təyyarənin raketlə vurulduğu bildirilir. İsrailin Qəzzada hərbi əməliyyatlara başladığı 7 iyul tarixindən bu yana bu ölkəyə məxsus 3 pilotsuz təyyarənin də vurulduğu yazılı açıqlamada qeyd olunub. Hərbi təyyarənin vurulması ilə əlaqədar İsrail tərəfindən hər hansı bir açıqlama verilməyib.

Xatırladaq ki, İsrail 7 iyulda “Qoruyucu xətt” adlı əməliyyat çərçivəsində Qəzzaya qarşı havadan, 17 iyuldan isə qurudan hücuma başlayıb. Hücumlarda bu vaxta qədər 635 fələstinli həyatını itirib, 4 mini isə yaralanıb.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>