İran rəsmisi: “Raketlərimiz sionistləri vahiməyə salır”
Bizi izləyin

Dünya

İran rəsmisi: “Raketlərimiz sionistləri vahiməyə salır”

İran dövləti “Həmas”ı silahla təchiz etdiyini rəsmi surətdə təsdiqləyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İran “Həmas”a “Fədcar-5” raketləri və pilotsuz “Ababil” təyyarələri verib.

Bu silahlar hələ 2012-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən fələstinlilərə çatdırılıb.

İİKK rəsmilərindən biri fələstinliləri silah ötürdüklərini açıq bəyan etməkdən çəkinmədiklərini və bununla fəxr etdiklərini söyləyib: “Niyə bunu gizlətməliyik? Axı biz silahsız Fələstin xalqını dəstəkləyirik. Raketlərimiz onları qoruyur. Gülməlisi odur ki, sionistlərin 25 min dollarlıq müdafiə sistemləri bizim bir neçə yüz dollarlıq raketlərimizi vura bilmir. Raketlərimiz düşməni vahiməyə salır”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm