Uzunömürlülüyün sirrini paylaşdı
Bizi izləyin

Dünya

Uzunömürlülüyün sirrini paylaşdı

Tamamilə sağlam olan 126 yaşlı braziliyalı uzunömürlülüyünün sirrini ictimaiyyətlə bölüşüb. Joze Aginelo duş Santuşun heç zaman sənədi olmayıb. O, yalnız 2014-cü ildə sənəd alıb.

Santuş 2001-ci ildən qocalar evində yaşayır. Burada o, işçilərə XX əsrin əvvəllərində baş verən hadisələrdən danışıb. Bu zaman evin rəhbərliyi ekspertiza yolu ilə braziliyalının yaşını müəyyən edib və onu planetin ən yaşlı insanı adına layiq görüb. Belə ki, tədqiqatçılar onu sorğu-sual edərkən kişinin yalan danışmadığı aşkara çıxıb. Həqiqətən də o, XIX əsrdə anadan olub. Sənəd verilərkən orada təvəllüd yerinə “7 iyul 1888-ci il” yazılıb.

Santuş sənəd aldıqdan sonra ona bu vaxtadək necə sağ qalması haqda suallar verilib. O, suallara belə maraqlı bir cavab verib: “Mən bu yaşa ona görə çatmışam ki, uzun illər yaşamışam”.

126 yaşlı Santuş əsassız yeriyir, güclü yumor və iti ağıla malikdir. Onun qanında xolesterin və şəkərin miqdarı normaldır və həmçinin də, o, ideal qan təzyiqinə malikdir. Həkimlərin sözlərinə görə o, vitamindən başqa heç bir dərman həbi qəbul etmir. Qocalar evinin işçi heyəti onun mahnı oxumağı sevdiyini deyir.

Qoca, Braziliyada quldarlıq ləğv olunan zaman doğulub. Həyatının çox hissəsini o, qəhvə plantasiyasında işləməklə keçirib. Santuş heç zaman evli olmayıb və övladı da yoxdur.

Qocalar evində onun adını Ginnesin Rekordlar Kitabına salınması təklif olunub. Lakin bunun üçün 22 min dollar tələb olunur. Müəssisə rəhbərliyi isə öz növbəsində bu pulu tapmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, planetin hazırda planetin ən yaşlı insanı 111 yaşlı yaponiyalı Sakari Momoi hesab olunur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm