Şumaxeri komadan çıxarırlar
Bizi izləyin

Dünya

Şumaxeri komadan çıxarırlar

Şumaxeri komadan çıxarırlar

Fransanın Qrenobl xəstəxanasının həkimləri “Formula-1” əfsanəsi Mixail Şumaxeri komadan ayıltmağa başlayıblar.

Publika.az-ın verdiyi məlumata görə, Şumaxer həftənin əvvəlindən başlanan bu prosesə yaxşı reaksiya göstərir.

Qeyd edək ki, Şumaxer 2013-cü ilin 29 dekabrında dağda xizək sürərkən yıxılmışdı. Onun üzərində 2 dəfə cərrahiyyə əməliyyatı aparılıb.

Şumaxerin həyatını qorumaq üçün həkimlər onun bədən temperaturunu 35 dərəcə selsiyə qədər aşağı salmışdılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm