• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təzə gəlin qəzada dünyasını dəyişdi

  • Dünya
  • 23 İyul 2014 18:48
  • 486 Baxış
Təzə gəlin qəzada dünyasını dəyişdi

Türkiyənin Kastamonu Daday mahalından gələrkən Sevilay Çetin qəzada həlak olub.

Publika.az-ın Hürriyet.com saytına istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl ailə həyatı quran Sevilay Çetin Kastamonu Daday mahalında baytarlıq edən həyat yoldaşı Mehmet Çətinin yanından qayıdırmış.

Hadisə günorta saatlarında Karabük-Kastamonu karayolunun Hacılarobası Köyü ərazisində baş verib.

Sevilay Çətinin idarə etdiyi avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. O, təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Anadolu Liseyində ingilis dili müəlliməsi işləyən S. Çətin bu gün dəfn edilib. Yenicə evlənən və tez bir zamanda həyat yoldaşını itirən Mehmet Çetin göz yaşlarını tuta bilməyib.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR