• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İran 4,2 milyard dollarını geri aldı

  • Dünya
  • 23 İyul 2014 21:27
  • 657 Baxış
İran 4,2 milyard dollarını geri aldı

Dondurulmuş 4,2 milyard dollar İranın bank hesablarına köçürülüb.

ANS PRESS-in məlumatına görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri xanım Mərziyyə Əfğam həftəlik mətbuat konfransında bildirib ki, Vyanada Qərb dövlətləri ilə aparılan danışıqların nəticəsində əldə edilmiş razılaşmaya əsasən ölkənin xarici banklarda dondurulmuş vəsaitinin 4,2 milyard dolları İranın bank hesablarına köçürülüb.

Nazirliyin nümayəndəsi deyib ki, İran nüvə proqramı ilə əlaqədar Qərb dövlətləri ilə danışıqları davam etdirəcək.

İranın nüvə proqramı sülh xarakteri daşıyır və uranın zənginləşdirilməsi iqtisadi, elmi və tibbi məqsədlər üçündür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR