Təyyarəni vuranın etirafı (FOTO)
Bizi izləyin

Dünya

Təyyarəni vuranın etirafı (FOTO)

“Donetsk Xalq Respublikası”nın liderlərindən biri Aleksandr Xodakovski separatçılarda "Buk" zenit-raket kompleksi olduğunu təsdiq edib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın fikrincə, məhz belə sistemin köməyi ilə "Boeing 777" təyyarəsi vurulub.

Reyter agentliyinə verdiyi müsahibədə Xodakovski üsyançıların arsenalında həqiqətən "Buk" kompleksinin olduğunu bildirib.
O həmçinin qeyd edib ki, ola bilər ki, sistem Rusiyadan gətirilib və sonra geri göndərilib. Bu dəlilləri təsdiq etməmək üçün atılan addım ola bilər.

Xodakovski Kiyev hakimiyyətini ittiham edərək bildirib ki, "Buk"un istifadəsini onlar öz hərəkətləriylə provakasiya ediblər.

Onun sözlərinə görə, Kiyev separatçılarda zenit kompleksinin mövcudluğu haqqında informasiyaya malik olduğu halda avia uçuşlarını o rayonda həyata keçirirdi.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm