NATO Rusiya sərhədində çevik korpuslar yaradır
Bizi izləyin

Dünya

NATO Rusiya sərhədində çevik korpuslar yaradır

Krımın ilhaqı və Ukrayna hadisələri ilə əlaqədar Estoniya NATO-nun şimal-şərq korpusunda müəyyən dəyişikliyin aparılmasını təklif edib.

Axar.az xəbər verir ki, rəsmi Tallin Polşa və Baltikyanı ölkələrin təhlükəsziliyinin qarantı olan bu korpusların dəyişdirilərək çevik alaylarla əvəzlənməsini daha məqsədəmüvafiq bilib.

Məsələ barədə fikirlərini açıqlayan Estoniya Prezidenti Tomas Hendrik Rusiya ilə həmsərhəd ölkələrin hamısında NATO hərbi qüvvələrinin çevikliyinin stimullaşdırılmasının vacibliyini vurğulayıb.

Prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Merle Mayqre də hərbçilərin və hərbi texnikanın sayının artırılması fonunda Alyans nəzdində çevik bölmələrin formalaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm