Dünya
Nalbandyan şantaja əl atır
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə
sərhədin bağlı olmasını paradoks adlandırıb.
ANS PRESS-in məlumatına görə, Nalbandyan bu vəziyyətin Avropa
Birliyi meyarları ilə təzad təşkil etdiyini iddia edib. Bu barədə
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Brüsseldə Avropa
Birliyinin və Şərq Əməkdaşlığı ölkələrinin xarici işlər
nazirlərinin görüşündə çıxışı zamanı bildirib.
Nalbandyan son illərdə görülən işlərdən və onların müsbət
nəticələrinin olduğundan söz açıb. O, ölkəsinin Avropa İttifaqı ilə
əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Nazir onu qeyd edib ki, Türkiyənin Ermənistanla sərhədini bağlaması
iki ölkə arasındakı münasibətlərə də öz təsirini göstərir. O,
həmçinin, Aİ-yə üzv olmaq istəyən bir ölkənin qonşuları ilə
sərhədlərini bağlı saxlamasını "paradoksal bir hal" adlandıırb.
Erməni nazir sonda Cənubi Qafqazdakı problemlərin sülh yolu ilə
həll edilməsində və regional əməkdaşlığın qurulmasında rolu
olacağına inandığı Avropa İttifaqının Cənubi Qafqaz üzrə təyin
edilən xüsusi nümayəndəsi Herbert Salberə işində uğurlar
arzulayıb.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?