ABŞ BMT-nin İsrail qərarına qarşı çıxdı
Bizi izləyin

Dünya

ABŞ BMT-nin İsrail qərarına qarşı çıxdı

ABŞ Xarici işlər nazirliyi sözcüsü Marya Harf, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının, İsrailin hücumlarında yaşanan insan haqqları və humanitar hüquq pozuntularını araşdırmaq üçün müstəqil beynəlxalq araşdırma komissiyası yaradılması qərarını "tək tərəfli" olaraq qiymətləndirib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın nə üçün belə bir araşdırma komissiyasının yaradılmasının əleyhinə səs verdiyi sualını Harf: "Tək tərəfli qərardır. İnsan Haqları Şurasının bu günki xüsusi iclasına güclü şəkildə qarşı çıxırıq və çıxan qərarı, Şuranın qərəzli şəkildə İsrailə qarşı hərəkətlərinin ardıcıllığının son nümunəsi olaraq görürük. Burada kimsə Həmasın raketlərindən danışmır. Heç kəs İsrailin xaricində burada başqa bir şeyi araşdırmağıtəklif etmədi. Təkrar edirəm; tək tərəfli olduğu üçün qərara qarşı çıxırıq"- deyə, cavablandırıb.
Jurnalistlərin ABŞ-ın qərara qarşı səs verən tək ölkə olduğunu xatırlatmasına isə Harf Avropada 17 ölkənin də bitərəf səs verdiyini bildirib.

Bundan əlavə Harf "Daha əvvəl də dəfələrlə təkrarladığımız kimi, bunu açıq açıq söyləyirik; beynəlxalq ictimaiyyətdə tək qalsaq belə İsraili müdafiə edəcəyik. Bunu bu gün gördünüz" deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm