
İki həftədən artıqdır davam edən İsrail-Fələstin qarşıdurmasında
itkilər davam edir.
ANS PRESS-in məlumatına görə, İsrail ordusu Qəzzada üç əsgərinin
öldüyünü, 28-nin isə yaralandığını açıqlayıb.
"İsrail qüvvələrinə qarşı edilən hücumda 22 yaşlı Buzz Yahu, 19
yaşlı Ley Mat və 20 yaşlı Şahar Dupri adlı 3 İsrail əsgəri
dünyasını dəyişib, 2-i ağır olmaqla 28 əsgər isə yaralanıb" - deyə,
ordudan açıqlama verilib.
Ordunun açıqladığı məlumatda iyulun 7-dən bəri 32 yəhudi əsgərin
öldüyü bildirilsə də, Qəssam briqadarlı isə sözügedən tarixdən bəri
65 İsrail əsgərini öldürdüklərini açıqlayıb.