• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya sanksiyaları zarafatdan betərdir

  • Dünya
  • 24 İyul 2014 08:41
  • 528 Baxış
Rusiya sanksiyaları zarafatdan betərdir

Respublikaçı-senator Con Makkeyn Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiyalarını "zarafatdan betər" adlandırıb. ANS PRESS-in məlumatına görə, "The Telegraph" agentliyinə müsahibəsində o bildirib ki, bu, zarafatdan betərdir. AB Rusiya qazından asılı olduğu müddətcə heç bir ciddi addım ata bilməyəcək”.

Bundan əlavə, o, AB-nin hərəkətsizliyi fonunda Britaniyanın birtərəfli şəkildə bank məhduduiyyətləri tətbiq etməsinin daha doğru ola biləcəyini bildirdi. Lakin onun sözlərinə görə, çətin ki, Britaniya hökuməti belə bir addıma əl atsın. Belə ki, “onlar bütün pulların Londonda qalmasını istəyirlər” deyə o bildirib.

Qeyd edək ki, energetika üzrə Avropa komissarı Günter Ettinger Rusiyanın Avropaya neft və qaz təchizatının “sanksiyalar obyekti olmalı deyil” deyib. O bildirib ki, Rusiya neft və qaz təchizatına qarşı bütün sanksiyaları heç vaxt dəstəkləmədiyini bildirib.

Bu arada Almaniya kansleri Angela Merkel Ukraynada olan vəziyyətlə əlaqədar Rusiyaya qarşı “tutarlı iqtisadi aksiyaların” tədbiqinə çağırıb. Bundan əlavə o bunun “mümkün olduğu qədər tez” həyata keçirilməsini istəyib.

21 iyul tarixində Britaniya baş naziri Devid Kameron Avropanı Rusiyaya qarşı sanksiyaların 3-cü mərhələsinə keçməyə çağırıb. Bu sanksiyalar müxtəlif yönlərdə eləcədə enerji sahəsində olacaq. Kameronun sözlərinə görə “Rusiya Ukraynadakı münaqişəni alovlandırdıqca onun Avropa bazarına, Avropa kapitalına, Avropanın elmi nailiyyətləri və texnologiyalarına çıxışı bağlanmalıdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR