Ukrayna əsgərləri Rusiyadan qayıdır
Bizi izləyin

Dünya

Ukrayna əsgərləri Rusiyadan qayıdır

Ukrayna ordusunun 4 əsgəri Rusiyadan ölkələrinə qayıtmağa hazırlaşır.

Axar.az xəbər verir ki, xəstəxanadan əsgərlərin gətirilməsi üçün Ukrayna hərbi təyyarə göndərib. Rostov hava limanında gözləyən əsgərlərin qısa müddət ərzində ölkələrinə gedəcəkləri bildirilir.

Qeyd edək ki, ötən həftə Rusiya sərhədində yaranan qarşıdurmada yaralanan 24 ukraynalı əsgər Rostovdakı xəstəxanaya yerləşdirilmişdi. Vəziyyəti ağır olan iki əsgər həyatını itirsə də, 22 əsgər xəstəxanaya yerləşdirildi. Sonradan 18 əsgər xəstəxanadan çıxsa da, ağır yaralı 4 nəfər orada qalmaqda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm