Dünya
Qarabağ münaqişəsi Almaniyada
Berlində fəaliyyət göstərən Humboldt Universitetində
“1988-2008 illərdə alman mətbuatında Dağlıq Qarabağ münaqişəsinin
təzahürü” mövzusunda tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir
“AvroKaukAsiya” Cəmiyyəti və Humboldt Universiteti nəzdində
fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının 2011-ci ildə
təməlini qoyduğu “Qarabağ dialoqu” layihəsi çərçivəsində baş tutub.
Hazırda dünyanın müxtəlif bölgələrində “dondurulmuş münaqişələr”in
işıqlandırılmasında medianın rolu, obyektivlik və stereotiplərdən
kənara çıxmaq məsələləri tədbirdə əsas müzakirə mövzusu olub.
Layihənin may ayında təşkil olunmuş birinci hissəsində “Şpiqel”,
“Zayt”, ”FAZ”, “Noye Doyçland (ND)” qəzetlərində Dağlıq Qarabağ
münaqişəsini işıqlandıran materialların təhlili və çıxarılan nəticə
haqda məlumat verilib. Bu dəfə isə çıxarılmış nəticələr əsasında
daha geniş və dərin fikir mübadiləsi aparılıb. Həmin qəzetlərdə
Dağlıq Qarabağ münaqişəsini işıqlandıran məqalələrin təhlilini
professor Eva Mariya Aux, doktor Rasim Mirzəyev və kafedranın digər
elmi əməkdaşları Həsən Əli Yıldırım, Nərgiz Abdullayeva, Yuliane
Kose təqdim ediblər. Çıxışlardan sonra elmi işçilər, siyasətçilər,
media ekspertləri, müxbirlər, tələbələr mövzu ilə bağlı müzakirələr
aparıblar.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları,
diaspor təşkilatlarının nümayəndələri, Alman ictimaiyyətinin
təmsilçiləri, Humboldt Universitetinin professor-tələbə heyəti
iştirak ediblər
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye