Separatçıların itkiləri çoxalır
Bizi izləyin

Dünya

Separatçıların itkiləri çoxalır

Son iki gün ərzində Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşdə separatçılar 50 nəfər itki verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Strelkov məlumat verib.

O bildirib ki, Marinovka-Dubrovka qəsəbələri ətrafında şiddətli döyüşlər gedib. Son iki gündə separatçılar 50 nəfər itki veriblər.

Lakin Strelkovun bildirdiyinə görə, hökumət qüvvələrinin də itkisi az olmayıb. Ən çox tələfatı isə “Azov” batalyonu verib.

Bundan əlavə, Ukrayna ordusunun canlı qüvvəsini daşıyan 2 “KamAz” avtomobili məhv edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm