Gənc qadının boğazını kəsib yol kənarına atdılar
Bizi izləyin

Dünya

Gənc qadının boğazını kəsib yol kənarına atdılar

Yol kənarında boğazı kəsilmış qadın meyiti aşkar edilib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qadının meyiti Seyhan çayı sahilində yol kənarından aşkarlanıb.

Belə ki, hadisə şahidləri polisə müraciət edərək Türkiyənin Çukurova mahalında, Seyhan çayı kənarında qadın meyitinin olduğu barədə polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları onun boğazı kəsilib bıçaqlanaraq öldürüldüyünü, kürəyində də sapı qırılmış meyvə bıçağının olduğunu aşkar ediblər.

Üzərindən şəxsiyyət sənədi çıxmayan 35-40 yaşlı qadının meyiti morqa gəndərilib. Hadisə ilə əlaqədar istintaq qrupu əməliyyat axtarış tədbirlərinə başlayıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm