Spikerin oğlu müharibədə (FOTO)
Bizi izləyin

Dünya

Spikerin oğlu müharibədə (FOTO)

Ukrayna ordusunda artıq 3-cü dəfə səfərbərlik elan olunub.

ANS PRESS-in məlumatına görə, bu günlərdə başlanan səfərbərlikdə təxminən 50 min insan ordu sıralarına çağırılacaq.

Bu günlərdə Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinovun tək oğlu 21 yaşlı Kirilə hərbi komissarlıqdan çağırış gəlib.

Qeyd edək ki, o, əvvəllər hərbi xidmətdə olmayıb.

Milli iqtisadi universitetdə oxuduqdan sonra Kirill Əmək Akademiyasında təhsil alıb. Bu il oranı qurtaran Kirill hazırda əsgərliyə hazırlaşır.
“Kirill yaxın vaxtlarda magistraturanı qurtarıb, diplom müdafiə edib və indi o, vətənə borcunu yerinə yetirə bilər. O, artıq komissarlıqda olub və bütün suallara cavab verib”, - deyə spikerin həyat yoldaşı Anna Turçinova bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm