• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ Azərbaycanın suverenliyini hər zaman dəstəkləyəcək

  • Dünya
  • 24 İyul 2014 20:43
  • 275 Baxış
ABŞ Azərbaycanın suverenliyini hər zaman dəstəkləyəcək

"Ötən iki il ərzində etdiklərim və dediklərim bir məqsəd güdüb - Azərbaycanın demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək". Trend-in məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar səlahiyyət müddətinin başa çatması münasibətilə vida çıxışında deyib.

Səfir qeyd edib ki, o, Azərbaycana 1995-ci ildən səfər edib və bir çox azərbaycanlıları özünə dost hesab edir: "Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm".

Birləşmiş Ştatların Azərbaycanın suverenliyi və müstəqilliyini bundan sonra da dəstəkləyəcəyini bildirən səfir vurğulayıb ki, o, Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatları dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin Azərbaycan o vaxtdan bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib. İndi Bakı iyirmi il bundan əvvəlki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlib və siz bununla fəxr etməlisiniz".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR