Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək
Bizi izləyin

Dünya

Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək

Rusiyaya qarşı Avropa Birliyinin sektor sanksiyaları gələn həftədən sonra qəbul ediləcək.

ANS PRESS-in məlumatına görə, bu haqda Avropa Komissiyası xəbər verib. Cümə axşamı Avropa Birliyinin səfirləri Avropa Birliyinin maliyyə, texnologiya və energetika sahələrinə Rusiyanın girişinin məhdudiyyəti haqqında təklifləri müzakirə ediblər.

Sanksiyaların əlavə paketini İtaliya nümayəndələri təklif edib.

Avropa Komissiyasının nümayəndəsi Conatan Toddanın sözlərinə görə, müzakirə gələn həftə davam edəcək. Onda sanksiyalar üzrə konkret qanunverici təkliflər təqdim ediləcək.

Toddanın sözlərinə görə, onlar artıq gələn həftə qəbul edilmiş ola bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm