Dünya
Donetskdə 150 cinayətkar həbsxanadan buraxıldı
Rusiyameylli muzdluların nəzarəti altında olan Donetsk
və Luqanskda son zamanlar dinc sakinlərin öldürülməsi,
soyğunçuluğun artması və inzibati və şəxsi binaların tutulması
halları çoxalıb.
ANS PRESS-in məlumatına görə, həmçinin Donetskdə sakinləri onların
qohumlarından pul almaq üçün oğurlayırlar. Bu haqda Ukrayna anti
terror mərkəzi məlumat yayıb.
Qorlovkada Qolmovskiy döngəsinə aparan avtomobil yolu partladılıb.
Eyni yerdə qeyri-slavyan görünüşlü döyüşçülər 48 saylı idman
məktəbinin ərazisində öz bazasını açıblar və onun ətrafında ərazini
minalayıblar.
"Bundan başqa, Ukrayna ordusu qarşısında böyük itkilərlə üzləşən
terrorçular 150 nəfər cinəyatkarı yerli koloniyadan azad edərək
onları silahlandırıblar. Onlardan yerli əhalinin qorxudulması və
müqavimətin göstərilməsi üçün Ukrayna hökümət qüvvələrinə qarşı
istifadə edirlər", - deyə Ukrayna anti terror mərkəzinin mətbuat
xidməti məlumat verıb.
Milli Təhlükəsizlik Şurasının məlumatına görə, Kirovskda
terrorçular komendant saatı elan ediblər.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!