Puqaçovadan Putinə Ukrayna şilləsi
Bizi izləyin

Dünya

Puqaçovadan Putinə Ukrayna şilləsi

Yurmalada (Latviya) keçirilən “Yeni dalğa” ("Novaya volna") mahnı müsabiqəsinə qatılan rusiyalı müğənnilər Ukrayna siyasətinə görə Prezident Vladimir Putini pərt edəcək addımlar atıblar və həmin anları geniş şəkildə sosial şəbəkələrdə paylaşıblar.

Axar.az xəbər verir ki, SSRİ və Rusiyanın Xalq artisti olan Alla Puqaçova başda olmaqla, bu ölkənin seçilən müğənniləri flaşmob şəkilində Kreml başbilənlərinə etirazlarını ünvanlayıblar. Müxtəlif vəziyyətlərdə Ukrayna milli bayrağının rənglərinin əks olunduğu geyimlərdə nümayişkarana çıxış edən müğənnilər dövlət başçısını qardaş qanı tökməkdə qınayıblar.

Xatırladaq ki, bu məsələdə ən öndə gedən simalardan biri Alla Puqaçovadır. O, təkcə bir ay ərzində Putin iqtidarını ifşa edən bir neçə tvit paylaşıb. Xanım müğənni Kremlin hədəfinə düşmüş dostu Andrey Makareviçə qarşı çirkin kampaniyalara son qoymağı tələb edib və onu Andrey Saxarovla eyniləşdirib. Puqaçova həmçinin bir vaxtlar SSRİ-nin Əfqanıstana girməsini qınayan mədəniyyət xadimlərindən biri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm