“İrəvanın əl-qolunun bağlanması ciddi suallar yaradır” - Erməni ekspert
Bizi izləyin

Dünya

“İrəvanın əl-qolunun bağlanması ciddi suallar yaradır” - Erməni ekspert

Amma o, hesab edir ki, cəbhə xəttindəki son qarşıdurma, Azərbaycan prezidenti İlham Əliyevin indiki Ermənistanın Azərbaycanın tarixi torpağı olması barədə bəyanatı danışıqlarda irəliləyiş olacağına ümid vermir.

Xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginliklə əlaqədar öz narahatlıqlarını ifadə etdilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşün nəticəsinə görə, bəyanat verən təşkilat baş vermiş hadisələrin danışıqları pozduğunu və sülhün əldə olunması perspektivlərini azaltdığını bildirdi.

Publika.Az –ın verdiyi xəbərə görə, “Nezavisimaya qazeta” cəbhə xəttində yaranan gərginlik fonunda münaqişənin tənzimlənməsi prosesi ilə bağlı ekspertlərin fikirlərini dərc edib.

“Cənubi Qafqaz” Politoloqları Klubunun rəhbəri İlqar Vəlizadə güman edir ki, ATƏT-in Mink qrupunun artan intensivliyi yalnız tərəflərin razılıq verəcəyi təkliflərin mövcudluğu ilə özünü göstərə bilər. “Bunlar nəyə əsaslanır və danışıqlar prosesinin dinamikasına necə təsir edəcəyini zaman göstərəcək. Ancaq sızan informasiyalara əsaslanaraq hesab etmək olar ki, Azərbaycan və Türkiyə tərəfindən kommunikasiyaların açılması və erməni-türk dialoqunun bərpa olunmasına əvəz olaraq bir sıra Azərbaycan rayonlarının azad olunması imkanını nəzərdə tutan aralıq həll variantı haqqında danışıqlar gedir”, - İ.Vəlizadə bildirib.

İrəvandakı Press-klubun rəhbəri, politoloq Boris Navasardyan İ.Vəlizadə ilə müqayisədə o qədər də optimist deyil. “Nezavisimaya qazeta”ya açıqlamasında erməni ekspert danışıqların mövcudluğunun bir qayda olaraq onun yoxluğundan daha yaxşı olduğunu deyib. Amma o, hesab edir ki, cəbhə xəttindəki son qarşıdurma, Azərbaycan prezidenti İlham Əliyevin indiki Ermənistanın Azərbaycanın tarixi torpağı olması barədə bəyanatı danışıqlarda irəliləyiş olacağına ümid vermir.

B.Navasardyan həmçinin bildirir ki, Ermənistanın Gömrük Şurası üzv olmağa razılıq verməsi və bununla da əl-qolunun bağlanması ciddi suallar yaradır. Ekspert vasitəçilərin hazırda münaqişə tərəflərinə yeni təkliflərin ola biləcəyi barədə informasiyalara da şübhə ilə yanaşır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm