Rəsmi Tiflis Moskva təhlükəsinə qarşı erməniləri tərki-silah etdi
Bizi izləyin

Dünya

Rəsmi Tiflis Moskva təhlükəsinə qarşı erməniləri tərki-silah etdi

Gürcüstanda ermənilər yaşayan Cavaxetiya bölgəsində hökumət silahları yığır.

Publika.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi müxtəlif kalibrli 3428 patron, 62 qumbara, 5 tank əleyhinə mina, 3 tapança, 1 tüfəng və müxtəlif döyüş sursatı erməni əhalidən götürülüb.

Qanunsuz silah-sursat saxlamaqla bağlı araşdırma aparılır.

Ekspertlər bunu rəsmi Tiflisin mümkün erməni təhlükəsinə qarşı etdiyini hesab edirlər. Çünki bu bölgədə yaşayan ermənilər muxtariyyət istəyir.

Ehtimallar var ki, Gürcüstan Avropa Birliyi ilə daha sıx əməkdaşlığa başladıqdan sonra Rusiya onların əli ilə yeni separatizm dalğasını başlaya bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm