• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanlıdan Avropa Birliyinə Poroşenko ilə bağlı şok müraciət

  • Dünya
  • 25 İyul 2014 13:09
  • 849 Baxış
Azərbaycanlıdan Avropa Birliyinə Poroşenko ilə bağlı şok müraciət

Ukraynadakı həmvətənimiz, Azərbaycan diasporu üzvü Oktay Rüstəmov Ukraynaya hərtərəfli dəstək verilməsi ilə bağlı Avropa Birliyinə rəsmi müraciət edib.

Publika.az xəbər verir ki, Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə nümayəndəsi Qaraş Tağıyevin verdiyi məlumata görə, müraciət məktubu Avropa Birliyinin Ukraynadakı nümayəndəliyi tərəfindən qəbul olunub.

Müraciətdə bildirilir ki, Ukrayna əhalisinin polietnik tərkibi bu ölkədə etnik münasibətlər sferasının strateji əhəmiyyətə malik olduğunu sübut edir: “Müstəqillik dövründə Ukraynanın etnosiyasi məsələlərlə bağlı müəyyənləşdirilmiş qanunların işləməsinə baxmayaraq, mövcud olan qanunvericilik bazası, dövlət siyasətinin reallaşdırması üçün müvafiq şəraitlərin yaradılmasına və Ukraynanın etnopolitik inkişafının müasir tələblərinə cavab vermir. Krımda baş verən hadisələr növbəti dəfə Ukraynada milli azlıqların hüquqlarının təminatı sahəsində müəyyən boşluqların olduğunu göstərdi. Bunları nəzərə alaraq, Ukraynanın Avropa Birliyinə inteqrasiyaya meylli olduğu dövrdə, Avropa standartlarının etnosiyasi sahədə Ukraynada reallaşdırmasına hərtərəfli dəstək və bu standartlara riayət olunmasına xüsusi diqqətini ayırmağı sizdən xahiş edirəm”

Xatırldaq ki, iki həftə öncə 2008-2009-cu illərdə Ukrayna Prezidenti yanında Etnosiyasi Məsələlər üzrə Şuranın üzvü Oktay Rüstəmovun prezident Pyotr Poroşenkoya, Şuranın fəaliyyətinin bərpa olunması ilə bağlı etdiyi təklif qəbul olunub. Bu haqda həm Ukrayna, həm də Azərbaycanın xəbər agentliklərində məlumatlar verilib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR