• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ermənilər və gürcülər hərbi əməkdaşlıq edəcəklər

  • Dünya
  • 29 Yanvar 2014 18:22
  • 535 Baxış
Ermənilər və gürcülər  hərbi əməkdaşlıq edəcəklər

Ermənistan və Gürcüstanın Müdafiə nazirlikləri yanvarın 29-da 2014-cü il üçün hərbi əməkdaşlıq proqramını imzalayıblar.

Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, Gürcüstan müdafiə nazirinin müavini Mixail Darçiaşvilinin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-29-da Ermənistanda olub. Nazir müavini Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüş keçirib.

Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.2014-cü ilin hərbi əməkdaşlıq proqramına qarşılıqlı səfərlər, hərbi siyasət sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, sülhməramlı fəaliyyət, hərbi tədris, resursların idarə edilməsi və s. məsələlər daxildir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR