• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Putinin qızı Hollandiyadakı 4 milyonluq evindən qaçdı

  • Dünya
  • 25 İyul 2014 13:31
  • 5 182 Baxış
Putinin qızı Hollandiyadakı 4 milyonluq evindən qaçdı

Hollandiya mətbuatının yaydığı son xəbərlərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putinin bu ölkədə yaşayan qızı Mariya hollandlar arasında Moskvaya qarşı artan hiddətlə əlaqədar çox bahalı mülkünü tərk etməli olub.

Xatırladırıq ki, iyulun 17-də Ukrayna üzərində vurulmuş Malayziya sərnişin təyyarəsindəki əksər sərnişinlər məhz Hollandiya vətəndaşları olublar.

Qərb təyyarənin Ukraynadakı rusiyapərəst separatçılar tərəfindən vurulduğunu bildirir.

Mariya dəbdəbəli binanın ən üst qatındakı ən bahalı penthaus mənzilində holland sevgilisi, 34 yaşlı Yorrit Faasenlə yaşayırdı.

Maraqlıdır ki, Mariya Putina məhv edilmiş təyyarənin havaya qalxdığı aeroprtdan 30 kilometrlik məsafədə yaşayırmış.

Mariyanın ünvanını Ukrayna fəalları yayıblar

Mariyanın qaçması xəbərindən az əvvəl Hollandiyanın sosial şəbəkələrində ictimaiyyət nümayəndələri onun ölkədən xaric olunmasını tələb edirdilər.

Məsələn, Tvitter istifadəçilərindən biri yazırdı: “Bu qancığı rədd etməyin vaxtı çatıb”…

Başqa bir istifadəçi isə qeyd edirdi: “Yaxşı ki, Mariya Putina Haaqa yaxınlığında yaşayırmış. Haaqa Beynəlxalq Cinayətlər Məhkəməsində atasına baş çəkmək ona çətin olmayacaq”.

Qəzetlər yazır ki, Mariya Hollandiya paytaxtının yaxınlığındakı mənzərəli Vorşoten şəhərində çay sahilindəki lüks mənzilini, əslində MH17 təyyarəsi vurulan gündən tərk edib.

Ukrayna üzərində vurulmuş təyyarənin 298 sərnişinindən 193-ü Hollandiya vətəndaşı idi.

Putinuin qızının Hollandiyada yaşamasından hiddətlənənlərin arasında Vorşotenin meri Pieter Broertes də var.

O bəyan edib ki, Rusiya prezidentinin qızı ölkədən deportasiya edilməlidir.

Britaniya mətbuatı bildirir ki, Putinin qızının yaşadığı ünvanı Hollandiyadakı Ukrayna fəalları sosial şəbəkələrdə yayıblar.

Mariya Moskvaya qaçıb

Son məlumatlarda onun hazırda, çox güman, Moskvada ola biləcəyi söylənir. Qəzetlər Vladimir Putinin şəxsi sərvətinin 55 milyard dollar civarında təxmin edildiyini yazırlar.

Bu da bildirilir ki, onun gələcək kürəkəni, holland Yorrit də “kasıb oğlan” deyil. Necə də olmasa, Rusiyanın qaz nəhəngi “Gazprom” şirkətində vəzifə tutur.

Maraqlıdır ki, son günlərədək Rusiyalıların əksəriyyətinə Marinanın yeganə bir fotosu məlum idi. 1999-cu ildə atasının prezident seçkilərində qalib gəldiyi vaxt xüsusi mərasimdə çəkilmiş bu fotoda Marina, bacısı Yekaterina və Putinin keçmiş xanımı Lyubovla yanaşı dayanıblar.

Qəzetlər yazır ki, dostlarının Maşa kimi tanıdıqları Mariya Sankt-Peterburqda doğulub və ona Putinin anasının adını veriblər.

Putinin digər qızı Koreya admiralının arvadıdır

Putinin digər qızı – 27 yaşlı Yekaterinanın da Cənubi Koreya admiralı ilə evli olduğu xəbər verilir.

Bu arada təyyarə partlayışında həlak olanların cəsədləri Ukraynadan Hollandiyaya gətirilməkdə davam edir.

Meyitlərin yaxınları tərəfindən tanınıb şəxsiyyətlərinin dəqiqləşdirilməsi Amsterdam yaxınlığındakı Hilversum şəhərində, xüsusi məntəqədə həyata keçirilir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR