Arseniy Yatsenyuk istefa səbəblərini açıqladı
Bizi izləyin

Dünya

Arseniy Yatsenyuk istefa səbəblərini açıqladı

Ukrayna baş naziri Arseniy Yatsenyuk vəzifəsindən istefa verib.
Publika.az xəbər verir ki, Yatsenyuk rəsmi “facebook” səhifəsində istefa səbəblərini açıqlayıb.

Baş nazirin istefasına əsas səbəb koalisiyanın dağılması və hökumətin işləməməsidir: “Büdcə qanunun gəlir qismini təşkil edən qanunlar qəbul edilmədi. Həm seçkilərə gedib, həm də populyar olmayan qanunları heç kim parlamentdən keçirmək istəmir. Dar siyasi mənfəətlərlə hökumətin taleyi dəyişdirilə bilməz. Bu əxlaqi bir günahdır”.

Bundan başqa, o, Azadlıq və UDAR partiyasının koalisiyadan ayrıldığını açıqlamışdı.

Ukrayna Radasının spikeri Aleksandr Turçinov UDAR və Azadlıq partiyalarından erkən seçkilərə qədər baş nazir postuna namizəd irəli sürmələrini istəyib.

Prezident Poroşenko isə parlamentin erkən seçkilərlə yenilənməsinin vacibliyini bildirmişdi.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm