• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiya Ukraynaya qaz borcunu xatırlatdı

  • Dünya
  • 29 Yanvar 2014 18:43
  • 469 Baxış
Rusiya Ukraynaya qaz borcunu xatırlatdı

Ukraynanın təbii qaza görə, Rusiyaya 2,7 milyard dollar borcu yaranıb.Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev bildirib.

“Təəssüf ki, verilən möhlətlərə baxmayaraq, Ukrayna bu il də borcun ödənilməsinə başlamadı”, - D.Medvedev söyləyib. Rusiyanın Ukrayna qarşısında götürdüyü maliyyə və energetika öhdəliklərini yeni hökumətin formalaşmasından sonra da yerinə yetirəcəyini deyən baş nazir bildirib ki, Ukraynanın yeni hökumətinin hansı iqtisadi xətti qəbul etməsi, yeni hökumətdə kimlərin olacağı və hansı qaydalarla işləyəcəyi də Moskva üçün önəmlidir.

Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov isə bildirib ki, Ukraynanın yeni hökumətinin formalaşmasını gözləmək məqsədəuyğundur. “Biz yeni şərtlərlə qarşılaşmışıq, Ukraynanın baş naziri istefa verib. Biz əvvəlki kimi Ukrayna hökuməti üzrə işgüzar əlaqələri dəstəkləyirik, ancaq anlayırıq ki, vəziyyət dəyişə bilər”, - D.Medvedyevin birinci müavini deyib.

Qeyd edək ki, Ukraynanın yeni hökuməti qanunvericiliyə görə, iki ay ərzində formalaşdırılmalıdır. Hökumətin mətbuat xidməti Ukraynanın baş nazirinin vəzifəsini onun birinci müavini Sergey Arbuzovun icra edəcəyini xəbər verib.

İTAR-TASS-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin hökumətə Ukrayna ilə maliyyə və energetika sferasında əldə olunan bütün razılaşmaları yerinə yetirməyi tapşırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR