Dünya
Ərdoğan Obama ilə ünsiyyəti kəsdi
Türkiyənin baş naziri Rəcəb Tayiib Ərdoğan Yaxın Şərqdə
baş verən proseslərdən sonra ABŞ prezidenti Barak Obama ilə
münasibətləri kəsib. Ərdoğan Obamanı İsraili dəstəkləməkdə ittiham
edir.
ANS-in Vaşinqton bürosu "Türkiyənin baş naziri Rəcəb Tayiib
Ərdoğanın Barak Obama ilə münasibətləri kəsməsilə bağlı bəyanatına
Vaşinqton necə reaksiya göstərib?" sualına cavab tapmağa calışıb:
“Vaşinqton cənab Ərdoğanın məlum bəyanatını şərh etməyə tələsmir.
Belə ki, cənab Ərdoğan özü də etiraf edib ki, iki ölkə arasında
birbaşa ünsiyyət vitse-prezident və xarici işlər nazirlikləri
səviyyəsində davam edir. İki ölkə arasında münasibətlər Taksim
meydanında baş verən hadisələr zamanı Vaşinqtonun etirazçılara
qarşı zor tətbiq etməsinin tənqid etməsi, eləcə də 1999-cu ildən
Pensilvaniya ştatında yaşayan cənab Gülənin deportasiya xahişindən
sonra daha da gərginləşib. Cənəb Fətulla Gülənin deportasiya
xahişini Vaşinqton Ankaranın administrativ resuslardan istifadə
etmək cəhdi kimi dəyərləndirirlər. Eyni zamanda Vaşinqtonda başa
düşürlər ki, cənab Ərdoğan güclü və nüfuzlu siyasətçidir. Avqustun
10-da keçiriləcək seçkilərdə, onun yenidən qalib gəlmək şansı
yüksəkdir. Odur ki, Vaşinqton - ABŞ rəsmi siyasəti bu seçkilərdə
kimin qalib gəlməsindən asılı olmayaraq ABŞ-ın strateji partnyoru
olan bir ölkədə seçki prosesinin azad və ədalətli olmasına dəstək
olmaqdır”.
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."