Türkiyədə erməni dilində küçə lövhəsi (FOTO)
Bizi izləyin

Dünya

Türkiyədə erməni dilində küçə lövhəsi (FOTO)

Türkiyənin bölgələrindən birində erməni dilində, erməni əlifbası ilə yazılmış küçə lövhəsi var.

ANS PRESS-in xəbərinə görə, bu barədə foto şəkli Türkiyənin ali məktəblərindən birində fəaliyyət göstərən azərbaycanlı akademik Əli Əsgər öz facebook səhifəsində yayıb.

Şəklin altında bildirilir ki, bu yer Ermənistan yox, Türkiyədir.

“Bura Ermənistan deyil, Vanın Edremit bələdiyyəsidir. Bələdiyyə BDP-dədir (Sülh və Demokratiya Partiyası). Fikirləşdiklərini tabelə yazıblar. BDP-li bələdiyyələrin “çoxdilli həyat” fəaliyyəti çərçivəsində. Türkcə və kürdcə adların küçə nişanlarında yazılmasından sonra indi də Edremit bələdiyyəsi bir ilki həyata keçirərək, küçə nişanlarında və istiqamət lövhələrində yazıları erməni əlifbası ilə yazdırdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm