Sabiq prezidenti “ağ yuyub, qara sərdilər”
Bizi izləyin

Dünya

Sabiq prezidenti “ağ yuyub, qara sərdilər”

2007-2012-ci illərdə prezident olarkən vəzifəli şəxslərə təsir göstərmək üçün rüşvətdə ittiham olunaraq iyulun 1-də polis tərəfindən saxlanıla və daha sonra azadlığa buraxılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi bu dəfə başqa bir qalmaqalla gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, eks prezident başına şlem taxmadan motosikl idarə etdərkən çəkilən şəkli yayılıb. Fransız mətbuatı onu bu hərəkətinə görə, qınayaraq məsuliyyətsiz adlandırıb. Sarkozini xalqa, cəmiyyətə pis nümunə olmaqda ittiham ediblər.

Qeyd edək ki, sözügedən şəkildə Sarkozi ilə yanaşı, motosikldə əyləşən italiyalı həyat yoldaşı Karla Bruni də şlemsiz olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm