Məşhur səyahətçi sərxoş rusun qurbanı oldu
Bizi izləyin

Dünya

Məşhur səyahətçi sərxoş rusun qurbanı oldu

Rusiyanın İvanovo vilayətində yol qəza hadisəsi zamanı amerikalı velosipedçi həlak olub.

Həlak olan amerikalı məşhur səyahətçi, 60 yaşlı Rom Makqeretidir. Bütün dünyanı velosipedi ilə gəzib-dolaşan səyahətçi Rusiyada sərxoş sürücünün qurbanı olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə İvanovo-Furmanov magistralında baş verib. Velosipedçi “Qazel” tipli yük avtomobili tərəfindən vurulub. Qəza törədən sürücü hadisə yerindən qaçıb. Lakin az zaman ərzində polis tərəfindən tapılaraq həbs edilib. Məlium olub ki, o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm