Ukrayna xüsusi xidmət orqanları rus agentlərinin ovuna çıxıb
Bizi izləyin

Dünya

Ukrayna xüsusi xidmət orqanları rus agentlərinin ovuna çıxıb

Separatçılardan azad olunmuş Donbasda Rusiyameyilli qüvvələrlə hər hansı əlaqəsi olan şəxslərin axtarışları davam edir.

Publika. az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları Donetsk vilayətinin Artemovsk şəhərində 1971-ci il təvəllüdlü Ukrayna vətəndaşını həbs ediblər. Bu şəxs qondarma “Donetsk Xalq Respublikası”nın komandanlığına Ukrayna qoşunlarının hərəkət istiqamətləri barədə məlumatlar ötürürmüş. Həmçinin separatçıların internet saytlarında adminlik edirmiş.

Mariopolda da axtarışlar nəticə verib. Separatçılarla əlaqəsi olan 1989-cu il təvəllüdlü Makar Donetski ləqəbli şəxs həbs edilib.

Məlum olub ki, bu şəxs 2014-cü il, aprelin 16-da rus separatçılarının Mariopoldakı Ukraynaya məxsus hərbi hissəsinə silahlı hücumda iştirak edib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm