İki il əvvəl dünya dağıla bilərmiş
Bizi izləyin

Dünya

İki il əvvəl dünya dağıla bilərmiş

İki il əvvəl iyulun 23-də Dünya Günəşdən gələn böyük fırtınadan son anda xilas olub.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə NASA məlumat yayıb.

Günəşin mövqeyinin dəyişməsi nəticəsində enerji püskürməsi yaşanmadığını deyən Kolarado Universiteti alimlərinin sözlərinə görə, bununla da dünya böyük bir faciədən xilas olub. Alimlərin açıqlamalarına görə, fırtına baş versəydi, dünyada bütün elektrik sistemləri çökəcəkdi və 8 yüz il geriləyəcəkdik:

Püskürmə 23 iyuldan bir həftə öncə yaşansaydı, dünyada rabitə əlaqəsi iflic olacaqdı. Enerji püskürməsi dünyaya təsir etsəydi, maddi zərər 2 trilyon dollar olacaqdı. Bu zərər Katrina qasırğasının yaratdığı zərərdən 20 dəfə çox olacaqdı.

Alimlərin fikrincə, kosmosda baş verən hadisənin yerə təsiri 12% təşkil edir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm