Bağdad Məclisinin sədri qaçırıldı
Bizi izləyin

Dünya

Bağdad Məclisinin sədri qaçırıldı

İraqda Bağdad Məclisinin sədri Riyad əl-Adad hərbi formada olan bir qrup silahlı tərəfindən qaçırıldığı xəbəri yayılıb.

Axar.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Əl-Adad əl-Azamiyyə bölgəsindəki evinə basqın nəticəsində qaçırılıb.

Qeyd edək ki, İraq xüsusi mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Buna baxmayaraq, sədr haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, Adad 2012-ci ildə Məclis sədrinin köməkçisi olduğu dövrdə “terrorçu qrupları maliyyələşdirmə” ittihamı ilə həbs olunmuşdu. Bəraət alaraq azadlığa çıxan Adad 2013-cü ildə rayon məclisinin başçısı seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm