Qəzzada ölən uşaqların sayı açıqlandı
Bizi izləyin

Dünya

Qəzzada ölən uşaqların sayı açıqlandı

Ötən gün İsrail aviazərbələri 68 nəfərin ölümünə səbəb olub. Publika.az-ın məlumatına görə, bu barədə BMT açıqlama verib.

İyulun 8-dən bu günədək çoxu dinc sakin olmaqla 870-ə yaxın fələstinli ölüb. İsrail tərəfi isə əksəriyəti hərbçi olmaqla 36 nəfər itki verib. İsrail əleyhinə etirazlarda baş verən toqquşmalarda azı 5 fələstinli öldürülüb.

UNİCEF-in açıqlamasında isə bildirilir ki, hərbi əməliyyatlar nəticəsində 192 uşaq həyatını itirib.
Livanın “Hizbullah” partiyasının lideri Şeyx Nəsrullah isə Fələstinli döyüşçülərə dəstək nümayiş etdirərək İsrailə xəbərdarlıq edib. “Qəzzada əməliyyatları davam etdirsəniz, bu sizin üçün intihara bərabər olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm