Avropa Birliyi rus kəşfiyyatını vurdu
Bizi izləyin

Dünya

Avropa Birliyi rus kəşfiyyatını vurdu

Avropa Birliyi 15-dən artıq rus rəsmisinin bank hesabını dondurub.

Axar.az xəbər verir ki, ötən gün Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yeni dalğasıyla bağlı yeni məlumatlar yayılıb.

Bildirdiyimiz kimi, yasaq tətbiq edilən rus rəsmilərinin 15 nəfər olduğu deyilir ki, onlar arasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Sergey Besedanın adı da var.

Bütün bunlarla yanaşı 18 rus sahibkarına da sanksiya tətbiq edilib və Krımın Rusiyaya ilhaq edilməsindən bu günə qədər sanksiya tətbiq edilən biznesmenin sayı 87-ə çatıb.

Rusiyaya qarşı tətbiq edilən qadağalara 28 AB üzvü ölkəsi imza atıb. Sanksiyaların səfirliklərə göndərilən hissəsində göstərilir ki, AB ölkələrinin maliyyə bazarlarında Rusiyaya məxsus sahibkarların fəaliyyət dairəsi daraldılmalıdır.

Xatırladaq ki, təkcə ötən il Avropa maliyyə bazarlarının 47 faizi, yəni 7,5 milyard avroluq və yaxud 10,2 milyard dollarlıq dövriyyəsi rus sahibkarlarına məxsus olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm